Rusiyada taun araşdırma mərkəzində ikinci əməkdaşın öldüyü barədə məlumat yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya rəsmiləri bu iddianı təkzib ediblər.
Hadisə Sibir bölgəsindəki taun əleyhinə araşdırma mərkəzində baş verib. Rusiya rəsmiləri bölgədə epidemiya təhlükəsinin olmadığını bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı isə məsələ ilə bağlı Rusiyadan əlavə məlumat istəyib.
//Nəzər.Media
