ABŞ-nin Nyu-Meksiko ştatında naməlum maddə faciəyə səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.
Daha bir şəxsin müalicəsi davam edir. Hadisə yerinə gələn xilasedicilər də maddədən təsirlənib. Bir neçə əməkdaşın vəziyyətinin ağır olduğu bildirilib.
//Nəzər.Media
