Hörmüz boğazında İranın mini sualtı qayıqları diqqət çəkib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hərbi mütəxəssislər onların ciddi təhlükə yaratdığını bildirir.
Kiçik ölçüləri səbəbindən bu qayıqları aşkarlamaq çətin sayılır. İranın bölgədə pusqu taktikası tətbiq edə biləcəyi qeyd olunur. Mütəxəssislər ticarət gəmilərinin risk altında olduğunu açıqlayıb.
//Nəzər.Media
