ABŞ-də saat dəyişməsi ləğv oluna bilər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi qəbul edilib.
Nümayəndələr Palatası yay vaxtının ilboyu tətbiqini dəstəkləyib. Sənədin qüvvəyə minməsi üçün Senatın təsdiqi tələb olunur. Təşəbbüsün tərəfdarları hesab edir ki, saatın dəyişdirilməsi gündəlik həyata mənfi təsir göstərir. Əleyhdarlar isə qış aylarında səhərlərin daha qaranlıq olacağından narahatdırlar. Qanun qəbul edilərsə, bəzi ştatlar bu qaydadan kənarda qalmaq hüququna malik olacaqlar.
//Nəzər.Media
