BMT Baş katibi Kiprə gedəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səfər iyulun 27-28-nə planlaşdırılır.
Antonio Quterreşin məqsədi tərəflər arasında dialoqa dəstək verməkdir. O, Şimali Kipr Prezidenti Tufan Ərhürman və Cənubi Kipr lideri Nikos Xristodulislə əvvəl ayrı, sonra isə birgə görüş keçirməyi planlaşdırır. Səfərdən əvvəl Baş katib adadakı son vəziyyətlə bağlı hesabat alacaq. Daha sonra şəxsi nümayəndəsi Maria Olginlə birlikdə Lefkoşaya yollanacaq. Quterreşin Kipr məsələsində yeni danışıqlar mərhələsinə zəmin yaratmağa çalışdığı bildirilir.
//Nəzər.Media
