ABŞ vitse-prezidenti Cey Di Vens İsraili tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vens Tel-Əvivin ABŞ-də ictimai dəstəyi itirdiyini bildirib.
Vensin sözlərinə görə, İsrail Amerika ictimai rəyinə təsir göstərməyə çalışır. O, bəzi dairələrin müharibənin uzadılması üçün ABŞ ictimaiyyətini yönləndirməyə cəhd etdiyini iddia edib. Vitse-prezident Baş nazir Benyamin Netanyahunun da ABŞ-də əvvəlki populyarlığını itirdiyini deyib. Vens özünə qarşı tənqidlərə də sərt cavab verib. O, həmçinin Ceffri Epşteynin müxtəlif kəşfiyyat strukturları ilə əlaqəli ola biləcəyini iddia edib.
//Nəzər.Media
