Türkiyə sülhə dəstək verməyə hazırdır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan bildirib.
Fidan bu açıqlamanı Ukraynaya səfərindən sonra verib. O, Kiyevdə Prezident Volodimir Zelenski və digər rəsmilərlə görüşdüyünü deyib. Görüşlərdə ikitərəfli əlaqələr və müharibənin gedişi müzakirə olunub. Nazir Türkiyənin Rusiya və Ukraynanı yenidən danışıqlar masası arxasında görmək istədiyini vurğulayıb. O, Ankaraın davamlı sülhə xidmət edəcək bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. Fidan, Ukrayna parlamentinin Azad Ticarət Sazişini təsdiqləməsini də mühüm addım adlandırıb. Səfər çərçivəsində Krım tatarlarının vəziyyəti də müzakirə edilib. Nazir Zelenski tərəfindən təqdim olunan dövlət mükafatını almaqdan məmnunluq duyduğunu da qeyd edib.
//Nəzər.Media
