ABŞ İrana növbəti hücumlarını həyata keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, gecə saatlarında bir neçə obyekt vurulub.
Məlumata görə, zərbələr zamanı körpülər də hədəfə alınıb. Hücumlar nəticəsində ölənlərin olduğu bildirilir. Bu arada ABŞ və İsrail arasında fikir ayrılığının yarandığı iddia olunur. Amerika mətbuatı Donald Trampla Benyamin Netanyahu arasındakı münasibətlərdə gərginliyin artdığını yazıb. Rəsmi tərəflər isə bununla bağlı hələlik açıqlama verməyiblər.
//Nəzər.Media
