Yunanıstan yeni dəniz parkları yaratmağa hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı ilk addım atılıb.
Məlumata görə, Cənubi Egey Dəniz Parkı üzrə layihə hazırlanıb. Hökumət prosesi sürətlə başa çatdırmağı planlaşdırır. Rəsmi Afina 2027-ci ilədək dəniz ərazilərinin 10 faizini mühafizə altına almağı hədəfləyir. Yunanıstan bu təşəbbüsü ilk dəfə 2024-cü ildə açıqlamışdı. Ankara isə Egey dənizində mübahisəli məsələlər üzrə birtərəfli addımların qəbuledilməz olduğunu bildirib.
//Nəzər.Media
