Fransada evtanaziya ilə bağlı qanun qəbul edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar Milli Assambleyada səsvermədən keçib.
Yeni qanun yalnız sağalması mümkün olmayan ölümcül xəstələrə şamil edilir. Bunun üçün xəstənin qərarı sərbəst iradə ilə verməsi əsas şərtlərdən biridir. Eyni zamanda, ağır fiziki əzabların həkimlər tərəfindən təsdiqlənməsi tələb olunur. Qanunun qüvvəyə minməsi üçün son sözü Konstitusiya Şurası deyəcək. Sənəd ölkədə ciddi ictimai və siyasi müzakirələrə səbəb olub. Bəzi dini və mühafizəkar dairələr qanuna etiraz edirlər.
//Nəzər.Media
