ABŞ hökuməti nüvə enerjisi layihələrinə 17,5 milyard dollar həcmində dəstək ayıracağını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, maliyyə vəsaiti ölkədə 10 yeni nüvə reaktorunun tikintisini sürətləndirmək üçün nəzərdə tutulub.
Dəstək proqramı çərçivəsində 5 iri layihə maliyyələşdiriləcək.Rəsmilər layihələrin elektrik istehsalını əhəmiyyətli dərəcədə artıracağını bildirirlər.Yeni reaktorların təxminən 10 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edə biləcəyi qeyd olunub.
//Nəzər.Media
