İtaliyanın baş naziri Corca Meloni Donald Trampın açıqlamalarına təəccübləndiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzerinə istinadən xəbər verir ki, Meloni Trampın fotoşəkil çəkdirmək üçün ona yalvardığı iddiasını yenidən təkzib edib.
O, ABŞ ilə münasibətlərin normal qaydada davam etməsinin vacib olduğunu vurğulayıb.Baş nazir İtaliyanın xarici siyasətində heç bir dəyişiklik olmayacağını qeyd edib. Meloni ABŞ və Avropa arasında güclü əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
//Nəzər.Media
