ABŞ Qəzza planı dəstəkləyir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton onun tam icrasına hazırdır.
ABŞ Dövlət Departamenti Qəzzada 21 maddəlik sülh planının həyata keçirilməsində qərarlı olduqlarını bildirib. Departament planın əsas hissələrindən olan Beynəlxalq Sabitlik Qüvvələrinə maliyyə ayrılması üçün Konqresə bildiriş göndərildiyini açıqlayıb. Bildirilib ki, bu qüvvələr Qəzzada təhlükəsizlik və sabitliyin təmin olunmasına kömək edəcək.
//Nəzər.Media
