Suriyada partlayış olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə İdlibdə baş verib.
Partlayış Ayn əl-Kəsəb kəndindəki evlərdən birində baş verib. Nəticədə 3 nəfər ölüb. Partlayış zamanı 6 nəfər yaralanıb. İlkin məlumata görə, partlayışa evdə saxlanılan balıqçılıqda istifadə olunan partlayıcı maddələr səbəb olub.
//Nəzər.Media
