ABŞ Yaxın Şərqdə yaşayan vətəndaşlarını artan gərginliklə bağlı xəbərdar edib.Nəzər.Media ABŞ-ın Ər-Riyaddakı səfirliyi bölgədə vəziyyətin daha da gərginləşə biləcəyini bildirib.
Səfirlik uçuşların ləğvi və hava məkanlarının bağlanmasına hazır olmağı tövsiyə edib. Həmçinin ABŞ vətəndaşlarına səfərlərdə yarana biləcək çətinliklərə qarşı diqqətli olmaq çağırışı edilib. Səfirlik İran və ona bağlı qrupların ABŞ vətəndaşlarını və qurumlarını hədəfə ala biləcəyini bildirib.
//Nəzər.Media
