İran ABŞ-ın son hücumlarına cavab olaraq yeni strategiya hazırladığını açıqlayıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran rəsmisi Möhsün Rzai strategiyanın döyüş meydanını, diplomatiyanı və iqtisadi mübarizəni əhatə edəcəyini bildirib.
O, bu strategiyanın ABŞ-a ciddi zərbə vuracağını deyib. ABŞ ordusu İranda İnqilab Keşikçilərinə məxsus mövqelərə hücum edib. Hücumlarda ən azı 18 nəfər ölüb, 76 nəfər yaralanıb.
//Nəzər.Media
