İsveçrənin Sürix kantonunda məktəblərdə baş örtüyünün qadağan olunması ilə bağlı təklif qəbul edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Təklif kanton məclisində 87 səslə dəstəklənib.
Qərara əsasən, hökumət iki il ərzində bununla bağlı qanun layihəsi hazırlamalıdır. Layihə qəbul edilərsə, dövlət məktəbləri və uşaq bağçalarında baş örtüyünə qadağa qoyulacaq. Sosial Demokrat Partiyası isə bu addımın dini azadlıqlara zidd olduğunu bildirib.
//Nəzər.Media
