Ukraynanın paytaxtı Kiyevdə SBU və GUR əməkdaşları arasında silahlı toqquşma baş verib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı bir GUR əməkdaşı ölüb, iki nəfər yaralanıb.
Məlumata görə, toqquşma bir şəxsin saxlanılması ilə bağlı yaranan mübahisədən sonra baş verib. Həmin şəxsin Rusiya müxalifət liderinə qarşı sui-qəsd planı ilə bağlı araşdırmada adı keçib. Hadisə ilə bağlı Ukrayna Dövlət İstintaq Bürosu araşdırma aparır.
//Nəzər.Media
