ABŞ-a məxsus hərbi yük təyyarəsi Latviyadan Moskvaya uçub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Boeing C-17A Globemaster III tipli” təyyarə Riqadan havalanaraq “Vnukovo” hava limanına enib.
Təyyarənin Moskvaya hansı məqsədlə getdiyi hələ məlum deyil. Kremlin sözçüsü Dmitri Peskov uçuş barədə məlumatının olmadığını bildirib. ABŞ tərəfi də təyyarənin səfəri ilə bağlı açıqlama verməyib.
//Nəzər.Media
