Malayziya, İndoneziya və Sinqapur Malakka və Sinqapur boğazları ilə bağlı razılığa gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, üç ölkə bu su yollarını beynəlxalq gəmiçilik üçün açıq saxlamaq barədə razılaşıb.
Tərəflər boğazların təhlükəsizliyinin qorunacağını da bildiriblər. Sinqapurun Nəqliyyat naziri Ceffri Sio bu boğazların dünya ticarəti üçün böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hər il bu sulardan 100 mindən çox gəmi keçir.
//Nəzər.Media
