ABŞ və İran arasında gərginlik yenidən yüksəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı hücumları davam etdirir.
Məlumata görə, İslamabad razılaşmasının pozulması vəziyyəti daha da gərginləşdirib. ABŞ İranın hərbi və rabitə infrastrukturuna zərbələr endirdiyini açıqlayıb. İran isə ABŞ qüvvələrinin yerləşdiyi obyektləri hədəfə aldığını və Hörmüz boğazının bağlı qalacağını bildirib. Ekspertlər qarşıdurmanın Babülməndəb boğazına qədər genişlənə biləcəyi barədə xəbərdarlıq edirlər. Bu vəziyyətin qlobal enerji daşımalarına və Yaxın Şərqdə təhlükəsizliyə ciddi təsir göstərə biləcəyi vurğulanır.
//Nəzər.Media
