ABŞ-də bir kolleksiyaçı bir həftəlik canlı yayım keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o bu müddətdə 2 milyon dollardan çox satış edib.
Nebraska ştatında yaşayan Bjorn Berqstrom qədim sikkələri canlı yayımda hərraca çıxarıb. Yayım ümumilikdə 177 saatdan çox davam edib. Bu müddətdə 20 mindən artıq məhsul satılıb və yüzlərlə yeni müştəri qazanılıb. Xərclər çıxıldıqdan sonra sahibkarın təxminən 155 min dollar xalis gəlir əldə etdiyi bildirilib. Bu uğur canlı yayım üzərindən satış modelinin sürətlə inkişaf etdiyini bir daha göstərib.
//Nəzər.Media
