ABŞ ordusuna məxsus F-16 qırıcısı Miçiqan ştatında qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qəza Grand Traverse dairəsində baş verib.
Pilot katapult sistemi ilə təyyarədən çıxaraq xilas olub. Pilotun vəziyyətinin sabit olduğu bildirilib. Qəzanın səbəbi hələ açıqlanmayıb.
//Nəzər.Media
