BMT Baş Assambleyası Fələstin Prezidenti Mahmud Abbasın video vasitəsilə çıxış etməsinə icazə verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qərar 3 əleyhinə, 152 lehinə səslə qəbul edilib.
Abbas ABŞ-ın viza verməməsi səbəbilə Nyu-Yorka gedə bilməyəcək. Buna görə onun əvvəlcədən hazırlanmış video çıxışı nümayiş etdiriləcək. ABŞ, İsrail və Paraqvay qərarın əleyhinə səs verib.
//Nəzər.Media
