ABŞ-ın İrana qarşı sanksiyaları təhsil sahəsinə də təsir göstərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İranda TOEFL və GRE imtahanlarının keçirilməsi dayandırılıb.
Duolingo isə İran kimliyi ilə imtahan verən şəxslərin girişini məhdudlaşdırıb. Bu qərarlar xaricdə təhsil almaq istəyən iranlı gəncləri çətin vəziyyətdə qoyub. İmtahan vermək istəyən bəzi gənclərin Türkiyə və digər ölkələrə getməli olacağı bildirilir.
//Nəzər.Media
