İsrail rəsmiləri ABŞ hərbi təyyarələrinin hava limanlarında ciddi sıxlıq yaratdığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, nəqliyyat naziri Miri Regev İranla gərginliyin davam etdiyini bildirib.
Onun sözlərinə görə, bəzi hava limanları faktiki hərbi bazaya çevrilib. Bu vəziyyət mülki aviasiya və iqtisadiyyata mənfi təsir göstərir. İsraildə xarici hava yollarının sayının kəskin azaldığı qeyd olunub.
//Nəzər.Media
