ABŞ prezidenti Donald Trumpnın təqdim etdiyi “Qızıl Qübbə” layihəsinin xərci açıqlanıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ Konqresinin hesabatına görə, layihənin dəyəri 1,2 trilyon dollara çata bilər.
Əvvəlcə bu məbləğin 175 milyard dollar olacağı bildirilmişdi. Sistem raketdən müdafiə və kosmik izləmə texnologiyalarını əhatə edir. Layihəyə indiyədək yalnız 24 milyard dollar ayrılıb.
//Nəzər.Media
