ABŞ İrana qarşı ikinci hücum dalğasını həyata keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zərbələr zamanı 90 hədəf vurulub.
İranın İnqilab Keşikçiləri Korpusu buna cavab olaraq Küveyt, Qətər və Bəhreyndəki ABŞ hərbi bazalarını hədəfə aldıqlarını açıqlayıb. Rəsmi Tehran xəbərdarlıq edib ki, hücumlar davam edərsə, bölgədəki digər ABŞ bazalarına da zərbələr endiriləcək. Gərginliyin daha da artacağı istisna edilmir.
//Nəzər.Media
