Türkiyədə müharibədən zərər çəkmiş ukraynalı uşaqlar ziyarət olunub.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ziyarətdə Ukrayna Prezidentinin xanımı Olena Zelenska da iştirak edib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, bu uşaqlar 2022-ci ildən ölkədə himayə olunur. Onların təhsil aldıqları və bütün qayğı ilə əhatə edildikləri qeyd edilib. Tərəflər sülhün tezliklə bərqərar olacağına və uşaqların təhlükəsiz şəkildə vətənlərinə qayıdacaqlarına ümid etdiklərini bildiriblər.
//Nəzər.Media
