Alimlər ilk dəfə Günəş sistemindən kənarda yerləşən planetdən radio siqnalı aşkar ediblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, siqnal Beta Pictoris b adlı planetdən gəlib.
Bu planet Yerdən təxminən 63 işıq ili uzaqda yerləşir. Araşdırma planetin güclü maqnit sahəsinə malik olduğunu göstərib. Alimlər siqnalın planetdəki qütb parıltıları ilə bağlı olduğunu bildiriblər.
//Nəzər.Media
