Suriya Prezidenti Əhməd əş-Şara BMT Baş Assambleyasında çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Şara İsrailin Suriyadan geri çəkilməli olduğunu bildirib.
O, Colan təpələrinin Suriya ərazisi olaraq qalacağını deyib. Şara İsrailin Suriyaya hücumlarını da tənqid edib. O, bölgədə sülhün və sabitliyin bərqərar olmasını istədiklərini vurğulayıb.
//Nəzər.Media
