Almaniya İsraillə yeni təhlükəsizlik əməkdaşlığı qurmaq qərarına gəlib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əməkdaşlıq ölkəni mümkün hücumlardan qorumağa yönəlib.
Tərəflər pilotsuz uçuş aparatlarına qarşı mübarizədə birgə işləyəcək. Həmçinin təxribatların qarşısının alınması üçün yeni imkanlar yaradılacaq. Berlin bu əməkdaşlıqla müdafiə imkanlarını gücləndirməyi hədəfləyir.
//Nəzər.Media
