Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə televiziya binasına zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib.
Hadisə zamanı jurnalistlər canlı yayımda olublar. Zərbə nəticəsində binanın bir hissəsi dağılıb. Hücumda beş nəfərin yaralandığı bildirilib.
//Nəzər.Media
