BAE lideri Məhəmməd bin Zayidin 7 oktyabrdan 10 gün əvvəl Netanyahuya zəng etdiyi iddia olunur. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Bin Zayidin HƏMAS-ın böyük hücum hazırladığını bildirdiyi deyilir.
İddiaya görə, Netanyahu bu məlumatı təhlükəsizlik rəhbərlərinə çatdırmayıb. İsrailin təhlükəsizlik qurumlarının xəbərdarlıqdan xəbərsiz olduğu bildirilir. Netanyahu tərəfi isə bu iddiaları rədd edib.
//Nəzər.Media
