Almaniyada yeni qanundan sonra vətəndaşlıq alanların sayı rekord həddə çatıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ötən il təxminən 310 min nəfər Almaniya pasportu alıb.
Yeni qaydalar vətəndaşlıq üçün tələb olunan yaşayış müddətini azaldıb. Qanun həmçinin ikili vətəndaşlığa da icazə verir. Yaxın illərdə ukraynalı qaçqınlardan yeni müraciət dalğası gözlənilir.
//Nəzər.Media
