Türkiyə UNESCO toplantısında Yunanıstanın Elgin mərmərləri ilə bağlı tələbini dəstəkləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ankara əsərlərin İngiltərəyə aparılmasını təsdiqləyən Osmanlı fərmanının olmadığını bildirib.
UNESCO ilk dəfə heykəlləri Yunan mədəni irsinin ayrılmaz hissəsi kimi tanıyıb. Qərarda İngiltərəyə Afina ilə əməkdaşlıq çağırışı edilib. Mərmərlərin yenidən Yunanıstana qaytarılması məsələsi gündəmdədir.
//Nəzər.Media
