• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib

26 İyun, 26 / 21:49
A A
AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib

İyunun 26-da Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024–2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib.

“Marriott Boulevard” hotelində keçirilən tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Kayrat Sarıbay çıxış edərək AQEM çərçivəsində gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin dəstəklənməsinin daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verəcəyini bildiriblər. Ardınca videoçarx nümayiş etdirilib.

“Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı” mövzusuna həsr olunan tədbirdə AQEM-ə üzv 17 ölkədən ümumilikdə 120 nümayəndə iştirak edib.

Gündəliyin təsdiqindən sonra iclas öz işini gənclər və idman nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə davam etdirib. İclas çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib, AQEM Gənclər Şurasının 9-cu iclasının Tövsiyələr sənədi müzakirə olunub.

Günün ikinci yarısında isə “AQEM ölkələrinin gənclər arasında nitq və debat” müsabiqəsinə hazırlıq məqsədilə təlim sessiyası təşkil olunub. Sessiyada iştirakçılara debat texnikaları və Karl Popper formatı üzrə təlim keçirilib, müsabiqənin mövzusu və debat mövzuları barədə ətraflı məlumat verilib.

Previous Post

“Bakı Şəhər Kuboku”nun II turu keçirilir

Next Post

DC-2026-da 6 görüş baş tutub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.