Bu gün DC-2026-nın III turu çərçivəsində 6 görüş baş tutub.
Nəzər.Media xəbər verir ki, ilk olaraq I qrupunda paralel olaraq iki qarşılaşma baş tutub.
I qrupunun III turu çərçivəsində Norveç və Fransa milliləri üz-üzə gəlib. Artıq oyunun 7-ci dəqiqəsində Fransa Usman Dembelenin qolu ilə hesabı açıb-Norveç-Fransa-0:1. Oyunun 20-ci dəqiqəsində Usman Dembele dubl edərək özünün və komandasının ikinci topuna imza atıb-Norveç-Fransa-0:2. Oyunun 21-ci dəqiqəsində Norveç Telo Asqardın qolu ilə hesab arasındakı fərqi azaldıb-Norveç-Fransa-1:2. Oyunun 32-ci dəqiqəsində Usman Dembele het-trik edərək özünün və Fransanın üçüncü topuna imza atıb-Norveç-Fransa-1:3. İlk hissə Fransanın 1:3 üstünlüyü ilə başa çatıb. Oyunun 90+4-cü dəqiqəsində Dezir Due Fransanın dördüncü topuna imza atıb-Norveç-Fransa-1:4. Bu oyunda vurulan son qol olub və Fransa matçdan 1:4 qalib ayrılıb.
Paralel olaraq I qrupunun III turu çərçivəsində Senaqal və İraq milliləri üz-üzə gəlib. Artıq oyunun 4-cü dəqiqəsində Həbib Diaranın qolu ilə hesabı açıb-Seneqal-İraq-1:0. Oyunun 13-cü dəqiqəsində İraq millisi azlıqda qalıb. Komandanın heyətindən Rebin Sulaka qırmızı vərəqə alaraq meydandan qovulub-Seneqal-İraq-1:0.İlh hissə Seneqalın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 56-cı dəqiqəsində İsmayıl Sarr Seneqalın ikinci topuna imza atıb-Seneqal-İraq-2:0. Oyunun 59-cu dəqiqəsində Pep Quye Seneqalın üçüncü topuna imza atıb-Seneqal-İraq-3:0. Oyunun 71-ci dəqiqəsində Pep Quye dubl edərək özünün ikinci Seneqalın dördüncü topuna imza atıb-Seneqal-İraq-4:0. Oyunun 82-ci dəqiqəsində Liman Ndaye Seneqalın 5-ci topuna imza atıb-Seneqal-İraq-5:0.
Beləcə I qrupunu Fransa 9 xalla birinci, Norveç 6 xalla ikinci, Seneqal 3 xalla üçüncü və İraq xalsız sonuncu bitirdib.
Bu görüşlərdən sonra H qrupunun görüşləri baş tutub.
H qrupunun III turu çərçivəsində Kabo-Verde və Səudiyyə Ərəbistanı milliləri üz-üzə gəlib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-Kabo-Verde-Səudiyyə Ərəbistanı-0:0.Görüşün ikinci hissəsində heç bir qol olmayıb və görüş başladığı hesbla bitib-Kabo Verdi-Səudiyyə Ərəbistanı-0:0.
Paralel olaraq H qrupunun III turu çərçivəsində Uruqvay-İspaniya ilə üz-üzə gəlib. Artıq oyunun 42-ci İspaniya Aleks Baenanın qolu ilə hesabı açıb-Uruqvay-İspaniya-0:1. İlk hissə İspaniyanın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 90+4 dəqiqəsində Uruqvay azlıq qalıb. Komandanın heyətində Aqustin Kanabbio qırmızı vərəqə alaraq meydandan qovulub-Uruqvay-İspaniya-0:1. Bu oyunda yadda qalan son hadisə olub və İspaniya marçdan 0:1 qalib ayrılıb-Uruqvay-İspaniya-0:1.
Beləcə H qrupunu İspaniya 7 xalla birinci, Kobo-Verde-3 xalla ikinci, Uruqvay 2 xalla üçüncü və Səudiyyə Ərəbistanı 2 xalla sonuncu bitirib.
Bu görüşlərdən sonra G qrupunun görüşləri baş tutub.
G qrupunun III turu çərçivəsində Misir və İran milliləri üz-üzə gəlib. Artıq oyunun 5-ci dəqiqəsində Misir Mahmud Sabirinin qolu ilə hesabı açıb-Misir-İran-1:0. Oyunun 14-cü dəqiqəsində Ramin Rezayan İranın bərabərlik topuna imza atıb-Misir-İran-1:1.
Paralel olaraq G qrupunun III turu çərçivəsində Yeni Zelandiya və Belçika milliləri üz-üzə gəlib. Artıq oyunun 28-ci dəqiqəsində Belçika Leandro Tosardın qolu ilə hesabı açıb-Yeni Zelandiya-Belçika-0:1. Oyunun ilk hissəsi Belçikanın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Leandro Tosard dubl edərək özünün ikinci Belçikanın ikinci topuna imza atıb-Yeni Zelandiya-Belçika-0:2. Oyunun 66-cı dəqiqəsində Kevin De Brun Belçikanın üçüncü topuna imza atıb-Yeni Zelandiya-Belçika-0:3. Oyunun 84-cü dəqiqəsində Yeni Zelandiya Elyat Castın qolu ilə hesab arasındakı fərqi azaldıb-Yeni Zelandiya-Belçika-1:3. Oyunun 86-cı dəqiqəsində Romelu Lukaku Belçikanın dördüncü topuna imza atıb-Yeni Zelandiya-Belçika-1:4. Oyunun 90+4-cü dəqiqəsində Aleksi Salamekers Belçikanın beşinci topuna imza atıb-Yeni Zelandiya-Belçika-1:5.
Beləcə G qrupunu Belçika 5 xalla birinci, Misir 5 xalla ikinci, İran 3 xalla üçüncü və Yeni Zelandiya 1 xalla sonuncu bitirib.
