Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “SOCAR Polymer Arena”da “Turan Tovuz”u qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “Boz qurd”un oyununu Rauf Cabarov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Araz-Naxçıvan”ın start heyəti:
94. Tərlan Əhmədli(GK)
5. Slavik Alxasov
8. Coşqun Diniyev
4. Rahil Məmmədov (C)
26. Ömər Buludov
24. Mustafa Əhmədzadə
16. Ramon Maçado
17. İssuf Paro
23. Nuno Rodriqes
7. Hamidu Keyta
10. Felipe Santos
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
12. Kristian Avram(GK)
34. Urfan Abbasov
3. Bəxtiyar Həsənalızadə
14. Ülvi İsgəndərov
86. İbrahim Piriyev
6. Patrik Andrade
11. Ba-Muaka Simakala
70. Şarl Boli
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Andrey Demçenko
“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
17. Rəhim Sadıxov
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev (C)
11. Ayxan Hüseynov
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman
7. Xorxe Silva
19. Roberto Olabe
2. Mark Rene Mampassi
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev(GK)
29. Filip Ozobiç
4. Şəhriyar Əliyev
6. Fərid Yusifli
99. İbrahima Vadji
9. Coş Cinnelli
8. David Tavareş
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
Bu gün daha bir qarşılaşma baş tutacaq
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Mavi qartallar”la “Ağ-qaralar”ın oyununu İnqilab Məmmədov idarə edəcək.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək.Yevlax təmsilçisi ilə “Şirlər”in görüşünü Emin Əliyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Köhlən atlar”la “bayquşlar”ın görüşünü Elçin Məsiyev idarə edəcək.
Bazar günü iki qarşılaşa baş tutacaq.
Günün ilk qarşılaşmasında qədim gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Sarı göylər”lə “pələnglər”in görüşünü Kamal Umudlu idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Kimyaçılar”la “qırmızı-qaralar”ın oyununu Vüqar Həsənli idarə edəcək.
