İndoneziyada helikopter qəzası baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Sekadau bölgəsində baş verib.
Hadisə zamanı “Airbus H130” tipli helikopter yerə çırpılıb. Qəza zamanı 6 sərnişin, pilot və onun köməkçisi həyatını itirib. Qəzanın baş vermə səbəbləri araşdırılır.
//Nəzər.Media
