Türkiyə nəhəngi ASELSAN 780 milyon avro dəyərində yeni müqavilə imzalayıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, saziş hava hücumundan müdafiə sistemlərinin tədarükünü əhatə edir.
Müqavilə Türkiyə Müdafiə Naziriliyi ilə bağlanıb. İstehsal edilən məhsulun təhvil verilmə prosesi 2028–2032-ci illər arasında həyata keçiriləcəyi bildirilib. Razılaşma rəsmi olaraq ictimaiyyətə açıqlanıb.
//Nəzər.Media
