İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ səfərini ləğv edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səbəb kimi viza prosedurundakı çətinliklər göstərilib.
ABŞ tərəfinin ondan barmaq izi tələb etdiyi bildirilir. Bu tələb diplomatik viza prosesində narazılıq yaradıb. Nəticədə Ben-Qvir səfər planını dayandırıb.
//Nəzər.Media
