• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi

16 İyun, 26 / 11:44
A A
İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında edilən dəyişikliklər iyunun 16-dan qüvvəyə minib.
Nəzər.Media Trend-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sığorta haqqının hesablanmasında tətbiq olunan bəzi əmsallar dəyişdirilib. Belə ki, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla (AVSƏ), Bonus-Malus sinfinə görə əmsal isə sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz olunub.

Yeni sistemə görə, sürücünün və ya nəqliyyat vasitəsi sahibinin sığorta tarixçəsi əsas götürüləcək. Sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən ediləcək.

Qaydalara əsasən, son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olan və bu müddətdə təqsiri üzündən sığorta hadisəsi törətməyən şəxslərə hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək.

Əksinə, sürücünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi ilə nəticələnən hər bir hadisəyə görə sığorta tarixçəsi əmsalına 30 faiz əlavə hesablanacaq. Bu əlavələr sürücünün gələcək sığorta haqqına birbaşa təsir göstərəcək.

Yeni qaydalar sürücülərin məsuliyyətli davranışını təşviq etməyi və sığorta sistemində daha fərdiləşdirilmiş qiymətləndirmə mexanizminin tətbiqini nəzərdə tutur.

Previous Post

Kristian Bujeau vəfat etdi - FOTO

Next Post

Ben-Qvirin ABŞ səfəri ləğv edildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.