Yeni araşdırma göstərib ki, atanın qidalanması da körpənin inkişafı ilə əlaqəli ola bilər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, həddindən artıq emal olunmuş qidalar yeyən ataların körpələri daha yüksək çəki ilə doğulub.
Bu körpələrdə bud və omba nahiyəsində daha çox piy toxuması da müşahidə edilib. Tədqiqatçılar bunun sperm hüceyrələrindəki dəyişikliklərlə bağlı ola biləcəyini düşünür. Araşdırma bu qidaların körpənin çəkisini birbaşa artırdığını sübut etmir.
//Nəzər.Media
