Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şara telefonla danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında əlaqələrin inkişafını müzakirə ediblər.
Görüşdə ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Liderlər Rusiyanın Suriyadakı Hmeymim və Tartus bazalarının gələcəyi ilə bağlı razılaşmanın əhəmiyyətini vurğulayıblar. Tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
//Nəzər.Media
