ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya getdiyi təsdiqlənib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov səfərlə bağlı məlumatı doğrulayıb.
O bildirib ki, səfər zamanı xüsusi xidmət orqanları arasında əlaqələr baş tutub. Peskov bu təmasları müsbət hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, Vladimir Putinə görüşlər barədə məlumat verilib.
//Nəzər.Media
