Livan Prezidenti Cozef Aun ABŞ-də səfərdədir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Tərəflər İsrail, Livan və ABŞ arasında imzalanmış üçtərəfli çərçivə sazişinin icrasını müzakirə ediblər. Görüşdə Livanda sabitliyin möhkəmləndirilməsi və təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Aun ABŞ-dən Livan ordusuna dəstəyin artırılmasını istəyib. O, həmçinin iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilir ki, Livan Prezidenti yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla da görüşəcək.
//Nəzər.Media
