Rusiya Qara dənizdə yük gəmisini hədəfə alıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Odessa limanı yaxınlığında baş verib.
Məlumata görə, hücum zamanı gəmidə güclü yanğın başlayıb. Gəmidə 18 nəfərlik heyət olub. İlkin məlumata əsasən, beş dənizçi həyatını itirib. Ukrayna Hərbi Dəniz Qüvvələri səkkiz nəfəri xilas etməyə nail olub. Yaralılara tibbi yardım göstərilir və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
//Nəzər.Media
