Avropada bu yay dörd güclü isti hava dalğası yaşanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən ən azı 35 min əlavə ölüm qeydə alınıb.
Ən ağır itki Almaniyada olub və burada təxminən 14 min nəfər ölüb. İspaniyada 4 947, Fransada isə 7 mindən çox əlavə ölüm qeydə alınıb. Mütəxəssislər avqust məlumatlarından sonra ölüm sayının daha da artacağından ehtiyat edirlər.
//Nəzər.Media
