Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə hərbi əlaqələri azaltmaq niyyətində olduğunu bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Paşinyan ölkəsinin Avropa İttifaqına yaxınlaşmasının əsas məqsəd olduğunu deyib.
Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıtmaq fikrində olmadıqlarını açıqlayıb. Kremlin sözçüsü isə Ermənistanın Avropaya üz tutmasının uzun çəkəcəyini bildirib. Beləliklə, İrəvanla Moskva arasında fikir ayrılıqları daha da dərinləşib.
//Nəzər.Media
